XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 19:34

Avropa İttifaqının komissarı:"İtaliyaya qarşı sanksiya tətbiq edilməsi ən pis qərar olacaq"

İtaliya 2019-cu il üzrə büdcə layihəsinə dəyişiklikdən imtina edərsə, ona qarşı sanksiya tətbiq edilməsi ən pis qərar olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi söyləyib.

“Mən heç vaxt sanksiyaların tərəfdarı olmamışam. Sanksiyaların tətbiqi həmişə ən sonda ola bilər, lakin bu, ən pis üsuldur”, – deyə komissar bildirib.

Pyer Moskovisi İtaliya ilə mütəmadi və fəal danışıqların lehinə olduğunu vurğulayıb.