XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 20:48

Rusiya gücləndirilmiş nəzarət rejiminin tətbiqinə başlayıb- Ermənistandan gələn qida məhsulları ilə bağlı

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (Rosselxoznadzor) Ermənistan müəssisələrindən gələn qida məhsulları ilə bağlı gücləndirilmiş laborator nəzarət rejimi tətbiq etməyə başlayıb.

Bu barədə “Report” Rusiya KİV-inə istinadən məlumat verir.

Belə ki, “Rosselxoznadzor” ekspertləri “Ayr Yev Vordi Buniatyanner” şirkətinin məhsullarında nitrofuran metabolitləri, “Fişart”ın nərə balığı kürüsündə və “Hayts İşxan”ın qızıl balıq kürüsündə isə maya aşkar ediblər.

Xatırladaq ki, bundan əvvəl Avrasiya İqtisadi Birliyinin (AİB) sanitar-baytarlıq tələblərinin pozulması ilə əlaqədar Ermənistanın bəzi müəssisələrinin məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyulub.