Misirin İsmailiyə əyalətinin hərbi məhkəməsi Sinay yarımadasının şimalında hərbçilərə qarşı silahlı hücumlarda ittiham olunan səkkiz ekstremisti qiyabi ölüm cəzasına məhkum edib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bundan əlavə, 32 nəfərə ömürlük həbs, iki nəfərə isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İttiham olunan şəxslər 2016-cı ildə Misirin Sinay yarımadasında hərbi obyektlərə silahlı hücumlar etməkdə təqsirləndirilirlər. Həmin hücumlar nəticəsində 14 hərbi qulluqçu həlak olmuşdu.