XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 23:42

Nazir:"Dağıdıcı qasırğalar İtaliyaya 3 milyard avrodan çox ziyan vurub"

İtaliyada son günlər baş verən dağıdıcı qasırğalar nəticəsində ölkəyə 3 milyard avrodan çox ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın nəqliyyat və infrastruktur naziri Danilo Toninelli qasırğanın ciddi ziyan vurduğu Genuya regionunun Rapallo əyalətinə səfəri zamanı bildirib.

Nazir qasırğanın Veneto, Liquriya və Siciliya bölgələrində daha çox dağıntıya səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, təbii fəlakət nəticəsində 30–dan çox insan həlak olub.