XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2018 - 09:58

ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiyaya səfər edəcək  –Gələn həftə  

ABŞ-ın vitse-prezidenti Mayk Pens gələn həftə Yaponiyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa M.Pensin səfərinin iki gün davam edəcəyini bildirib. Noyabrın 12-də Tokioya səfəri başlayacaq M.Pens ertəsi gün Baş nazir Şinzo Abe ilə görüşəcək.

Y.Suqanın sözlərinə görə, M.Pensin səfəri Yaponiya və ABŞ üçün Şimali Koreya məsələsi də daxil olmaqla, ümumi təhdidlərə qarşı birgə fəaliyyətin növbəti təsdiqi olacaq. Baş katib əlavə olaraq bildirib ki, M.Pensin səfərinin detalları hələlik tam dəqiqləşdirilməyib.