XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2018 - 12:53

Güclü leysanların vurduğu ziyana görə nazir istefaya gedib- Küveytdə

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib.

Trend-in məlumatına görə, güclü leysanların yağması və drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb.

Nazir “güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıdığını” deyib. O, nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib.

Ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir.