XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2018 - 12:34

Avstriya KİV-i Rusiyaya cəsusluq etməkdə şübhəli bilinən polkovnikin harada işlədiyini öyrənib

Rusiya kəşfiyyatına işləməkdə ittiham olunan istefada olan avstriyalı zabit Vyanada Avstriyanın Müdafiə Nazirliyində işləyib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın “Profil” jurnalında məlumat verilib.

Bildirilib ki, istefada olan polkovnik KİV-lərdə yazıldığı kimi, Zalsburqda deyil, birbaşa Vyanada nazirlikdə fəaliyyət göstərib, bu səbəbdən mərkəzi idarənin bütün daxili işlərindən xəbərdar olub.

Qeyd edək ki, ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb.