XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2018 - 16:46

Donald Tramp Elize sarayına gəlib- Emmanuel Makronla görüşmək üçün

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da səhər saatlarında Fransa lideri Emmanuel Makronun iqamətgahı olan Elize sarayına gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, burada hər iki prezidentin təkbətək görüşü keçirilir, daha sonra onlara dövlət başçılarının müşavirləri də qoşulacaq. Bundan bir saat sonra isə hər iki ölkənin birinci xanımları – Bricit Makron və Melaniya Tramp da Elize sarayına gələcək.

Noyabrın 11-də Fransada Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi geniş qeyd olunacaq. Əlamətdar tarixə həsr olunan Sülh forumunda 60-dan çox dövlətin liderləri və hökumət başçıları iştirak edəcəklər.