XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2018 - 21:35

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.

“Dağıntılar altında daha 3 cəsəd tapılıb. İndi ölənlərin sayı 50-ə çatıb”, – deyə o bildirib.

Bildirilir ki, hadisə zamanı daha 58 nəfər xəsarət alıb. Polis rəsmisinin sözlərinə görə, ərazidə axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Qeyd edək ki, terrorçular şəhərdə bir neçə partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

Partlayışlara görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması üzərinə götürüb.