XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 12:59

Türkiyə ordusu İraq ərazsinə hava zərbələri endirdi –14 terrorçu məhv edildi  

Türkiyə Silahlı Qüvvələrinin bombardmançı təyyarələrinin İraqın şimalındakı Avaşin bölgəsində terrorçuların düşərgələrinə endirdiyi hava zərbələri nəticəsində 14 silahlı  zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, məhv edilənlər terror hazırlığında olublar. Dəqiq atəşlərlə terrorçulara məxsus sığınacaqlar, silah və sursat anbarları dağıdılıb.

İstanbul, Tekirdağ və Antalya şəhərlərində isə eyni vaxtda antiterror əməliyyatları keçirilib. PKK/KCK terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub. Saxlanılan şəxslərdən çoxlu sayda silah, terrorçuluqda istifadə olunduğu ehtimal edilən sənəd, sursat və digər ləvazimatlar götürülüb.