XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2018 - 14:52

Cənubi Koreya Şimali Koreyaya 200 ton mandarin hədiyyə edib –Cavab mesajı

Cənubi Koreya hökuməti Koreya Xalq Demokratik Respublikasına (KXDR) hədiyyə olaraq 200 ton mandarin göndərib.

AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın prezident ofisinin rəsmisi Kim Euy-kyom 200 ton mandarinin sentyabrda KXDR liderinin Cənubi Koreyaya verdiyi 2 ton delikates göbələyə cavab hədiyyəsi olduğunu deyib. Hədiyyə mandarinlər noyabrın 11-də Cənubi Koreyanın kurort adası olan Cecudan Pxenyana dörd yük təyyarəsi ilə yola salınıb.

Hədiyyə olaraq məhz mandarinin seçilməsinə gəlincə, Cənubi Koreya rəsmisi bildirib ki, ilk növbədə hazırda ölkənin cənubunda bu meyvənin sezonudur. Bundan başqa, Şimali Koreyada mandarin yetişmir. Ona görə də şimaldakı koreyalılara belə bir hədiyyyə göndərilməsi qərara alınıb.