XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2018 - 19:40

Avropa Birliyi Britaniyanın əsas təklifini rədd edib –Ölkə “keçid dövrünə” qədəm qoyacaq?

Brüssel, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı Londonun əsas təklifini rədd edib.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, bu barədə “The Times” qəzeti yazır. Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Avropa Birliyindən çıxaçağı halda gömrük problemlərinin aradan qaldırılması ilə bağlı “müstəqil mexanizm” yaradılmasını təklif edib. Amma Avropa Birliyi (AB) rəhbərliyi təkid edir ki, fikir ayrılıqları yalnız Avropa məhkəməsində həll olunmalıdır.Qəzetin yazdığına görə, “Brekxit”-Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı olan 4 nazir istefa vermək fikrindədir. Bu baş nazir Tereza Mey üçün danışıqlar prosesini daha da çətinləşdirəcək.

Tereza Mey bu danışıqlara birgə kabinetlə getmək istəyir. “Telegraph” qəzeti isə yazır ki, başqa bir tərəfdənsə,”Brekzit”in yumşaq variantı”ilə razılaşmayan avroskeptik deputatlar da baş nazirin planına qarşı səs verməyə hazırlaşırlar. Kütləvi informasiya vasitələri (KİV) bundan əvvəl yazırdılar ki, Tereza Mey ölkəsinin Avropa Birliyindən çıxacağı halda vahid gömrük ittifaqında qalması məsələsində Brüssellə razılaşa bilib.

Qeyd edək ki, Böyük Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxlu ilə ölkələrinin AB-dən çıxmasına səs veriblər. “Brekzit”in rəsmi vaxtı isə 2019-cu il martın 29-a təyin edilib. Əgər bu baş versə, bundan sonra keçid dövrü başlayacaq. Keçid dövrü 2021-ci ilədək davam etməlidir.