XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 14:28

Gürcüstanda seçkidə ikinci tura çıxmış prezidentliyə namizəd:“Məni və övladlarımı ölümlə hədələyirlər”

“Məni və övladlarımı ölümlə hədələyirlər. Naməlum şəxslər bizə zəng vurub başımızdan güllə ilə vuracaqlarını bildirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanda prezidentliyə müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili noyabrın 12-də keçirdiyi brifinqdə söyləyib. Prezidentliyə namizəd deyib: “Noyabrın 9-u, 10-u və 11-də övladlarım Teymuraz və Ketevanın telefonuna, eləcə də mənə SMS gəlib və bizi açıq–aşkar ölümlə hədəliylər. Həmin SMS-lərdə “səni başından vuracağıq”, “qanınızı içəcəyik” kimi hədələr və təhqiramiz ifadələr yer alıb”.

Onun sözlərinə görə, təhlükə realdır və onların müəllifləri “Vahid Milli Hərəkat” partiyası ilə əlaqəsi olan keçmiş hərbçilərdir. S.Zurabişvili Daxili İşlər Nazirliyini və QHT-ləri hadisəyə təcili reaksiya verməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda namizədlərin heç biri 50 faizlik baryeri aşa bilməyib. Birinci turda 38,66 faiz səs toplamış müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifət nümayəndəsi, səslərin 37,7 faizini toplamış Qriqol Vaşadze ikinci turda mübarizə aparacaqlar.