XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2015 - 08:54

Obama: “Gündə 5 vaxt namaza zaman ayırmalıyam”

ABŞ prezidenti Barak Obama Ağ ev müxbirlərinə axşam yeməyi verərkən xeyli müzakirələrə səbəb olacaq açıqlama verib. Strateq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama jurnalistlərə yarızarafat belə deyib: “ABŞ prezidenti olmaq asan deyil. Bir tərəfdən sıradan çıxmış immeqrasiya sistemimizi təmir, digər tərəfdən konqressi vetoyla təhdid etməli və İranla müzakirələri sürdürməliyəm. üstəlik, gündə 5 vaxt namaza zaman ayırmalıyam”.

Qeyd edək ki, Obamanın onu uşaqkən tərk edən atası nigeriyalı müsəlmandır və öz oğluna Hüseyn adını qoymuşdu. Prezident seçildikdən sonra xeyli qınaqlara məruz qalan, müsəlmanlıqdan günühalandırılan(?!) prezident ata adından imtina etməli oldu. Görünür, həmin iddiaları lağa qoymaq üçün bu cür zarafatyana fikir bildirən prezidentin indi də müsəlmanların sərt reaksiyası ilə üzləşəcəyi güman edilir.

Heydər