XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 18:44

Ermənistanın müdafiə naziri qırıcı xəbərini dandı:“Heç bir qərar qəbul olunmayıb”

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan ölkəsinin İsveçdən çoxfunksiyalı “JAS-39 Qripen” qırıcılarını almağı planlaşdırdığı barədə məlumatları təsdiqləməyib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. “İsveç qırıcılarını almaqla bağlı heç bir qərar qəbul olunmayıb” – deyə Tonoyan jurnalistlərə bildirib. O hansısa təklifə diqqət etməməyi məsləhət görüb və deyib ki, biz bütün təkliflərə baxırıq. Tonoyanın sözlərinə görə, qərar keyfiyyət, qiymət və istehsal tarixindən asılı olacaq.

D.Tonoyan deyib ki, “Qripen”lə bağlı qərar mövcud deyil və digər müttəfiqlərdən də təkliflər gəlib. Nazir qeyd edib ki, həmin təkliflər ciddi müzakirə olunur və yaxın zamanlarda qərar veriləcək. Nazir eyni zamanda Rusiya istehsalı olan “Su-30” qırıcılarının alınmasını da mümkün sayıb.

Maraqlıdır ki, Ermənistanda Avropa və Rusiya qırıcılarının alınması ilə bağlı xəbərlər davamlı şəkildə yayılıb. Çox güman ki, İrəvanın Avropa silahı almaq niyyətinə Rusiyanın yumşaq xəbərdarlığıdır. Elə Tonoyanın Ermənistan Müdafiə Nazirliyini təkzib etməsi də bundan xəbər verir.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyindəki mənbə “çoxfunksional hərbi hava aviasiyası yaratmaq üçün digər ölkələrlə danışıqlar aparılır” – açıqlamasını vermişdi.