XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 20:26

Makron çıxış edəndə Mərakeş kralı yuxuladı –Tramp heyrətlə ona baxdı (VİDEO)

Mərakeş kralı VI Məhəmməd dünya liderlərinin Paris görüşündə Fransa prezidenti Emmanuel Makronun çıxışı zamanı yuxulayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kralın yanında əyləşən ABŞ-ın birinci xanımı Melaniya Tramp buna hər hansı reaksiya bildirməsə də, Donald Tramp gözünü VI Məhəmməddən çəkə bilməyib. Bu isə sosial şəbəkələrdə lağ hədəfinə çevrilib. Yelisey sarayı kralın davranışı ilə bağlı hər hansı açıqlama verməyib.