XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 09:57

Baş nazirin həbsinə order verildi –Makedoniyanın sabit hökumət rəhbəri gizlənib

Makedoniya polisi ölkənin keçmiş baş naziri Nikola Gruevskinin həbsi üçün order verib. O korrupsiya ilə bağlı ittihamlarla iki il müddətinə azadlıqdan məhrum olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Toni Angelovski deyib ki, Gruevskinin həbsi üçün order noyabrın 12-də məhkəmə qərarı ilə verilib. Hakimlər noyabrın 9-da Gruevskinin apellyasiya müraciətini rədd ediblər.

Mühafizəkar ana müxalifət partiyası VMRO-DPMNE-nin keçmiş lideri olan Gruevski nazirliyin rəsmilərinə 674 min dollarlıq lüks avtomobilin alınmasında təsir göstərdiyinə görə ötən may ayında iki il iş alıb.

Məhkəmnə icraçıları hələki Gruevskinin yerini bilmirlər. 48 yaşlı Gruevski 2006-2016-cı illərdə baş nazir olub. O mühafizəkar müxalifət partiyası VMRO-DPMNE-nin keçmiş sədridir. O bildirir ki, siyasi motivlərlə təqib olunur.

Keçmiş baş nazir daha üç ayrı korrupsiya mühakiməsi ilə üzləşə bilər.Müxbirlər yazırlar bu ittihamlar üzrə məhkəmələr onun cəza müddətini xeyli artıracaq. (azadliq.org)