XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2018 - 14:03

Qəzza sektorunda beş fələstinli həlak olub- Hava hücumu nəticəsində

İsrail hərbi hava qüvvələrinin Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 5 nəfərə çatıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hava hücumu bütün gecə boyu davam edib.

İsrail ordusu dünən axşamdan bəri Qəzza sektorundan ölkə ərazisinə 300 raket atıldığını, onlardan 100-ə yaxınının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini, qarşı tərəfdə isə 150 hədəfi vurduqlarını açıqlayıb. Yerli KİV-lər İsrailin cənubuna atılan raketlərin bir avtobusu hədəfə aldığı, 30 nəfərin yaralandığı barədə məlumat yayıb. Təcili tibb xidməti isə Aşkelonda binaya raket düşməsi nəticəsində bir israillinin öldüyünü, birinin də ağır yaralandığını açıqlayıb.

Yaranmış gərginliklə bağlı Fələstinin dövlət başçısı Mahmud Abbasın Küveytə səfərini yarımçıq dayandıraraq Ramallaha qayıdacağı bildirilir.