XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 16:14

Hökumətin bişirib payladığı plov üstündə dava düşdü –Tackistanda olay, həbs edilənlər var (Video)

Noyabrın 10-u Düşənbənin Firdovsi parkında keçirilən “Oşi palav” plov festivalı dava ilə nəticələnib. Rəsmi şəxslər və təşkilatçılar şəhərin tarixində bişirilmiş ən böyük plovla bağlı çıxış etdikdən və yüksək rütbəli qonaqların festivalı tərk etməsindən sonra təşkilatçılar 1 tonndan artıq plov olan qazanın ətrafındakı mühafizəni götürüblər. Polislər çəkildikdən dərhal sonra izdiham qazana hücum çəkib və insanlar plovu əlləri ilə yeməyə və əllərinə keçənə doldurmağa başlayıblar.

Düşənbə şəhər icra hakimiyyəti nümayəndələri şəhər sakinlərinin “bu cür utandırıcı davranışına” görə təəssüfləndiyini bildiriblər. Paytaxt məmurlarından biri Azadlıq radiosuna “bu utancverici tamaşanın” bəzi üzvlərinin artıq cəzalandırıldığını bildirib, lakin festival zamanı ictimai asayişi pozduğuna görə neçə nəfərin məsuliyyətə cəlb olunduğunu qeyd etməyib.

Як навори нодиданй аз фестивали оши палов дар шахри ДушанбеНавор аз як корбари Инстаграм аст.

Gepostet von Abduazim Abduvahhob am Samstag, 10. November 2018

Festivaldan yayımlanan videolar sosial şəbəkə icləyicilərinin kəskin reaksiyasına səbəb olub.

“Oşi palav” festivalı üçün plovu Düşənbənin 7 məşhur aşbazı bişirib. Plovun bişirilməsində 250 kq düyü, 200 kq ət, 35 kq kök, 90 litr yağ, 1 kq zirə və 5 kq kişmiş istifadə olunub. “Plovun ümumi çəkisi 1 tondan artıqdır”, – deyə aşbaz Sodirjon Məhəmmədjonov deyib.

Düşənbədəki nəhəng plovdan başqa, həmçinin parkın müxtəlif yerlərində 400 başqa qazanda da plov bişirilib, lakin onların ətrafında bu cür izdiham olmayıb.

(Amerikanın səsi)