XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 17:27

Türkiyə Liviya ilə bağlı toplantını yarımçıq tərk edib –Ərdoğanın müavini səbəbi açıqladı

Türkiyə Liviya ilə bağlı konfransı prosesdən kənarda saxlanıldığına görə tərk edib.

Bu barədə Türkiyə Prezidentinin müavini Fuat Oktay məlumat verib.

“İtaliyada keçirilən Liviya konfransı rəsmi toplantı olmadığından və Türkiyənin prosesdən kənar saxlanılmasına cəhd göstərilməsi səbəbindən dərin təəssüf hissi ilə iclası tərk etmişik”, – o vurğulayıb.

Qeyd edək ki, İtaliyanın Palermo şəhərində Liviyadakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir.