XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 17:51

Gürcüstan-Türkiyə Strateji Əməkdaşlıq Şurasıyaradılır

Gürcüstan və Türkiyə hökumətləri Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılığa gəliblər.

Vz.ru-nun verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şuranın ilk iclasının mart-aprel aylarında keçiriləcəyini bildirib. O deyib ki, yüksək səviyyəli orqanın fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Şuranın yaradılması barədə qərar Davosda keçirilən dünya iqtisadi forumu çərçivəsində iki nazir arasında keçirilən görüşdə verilib.

M.Çavuşoğlunun sözlərinə görə, Ankara iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək və Gürcüstana ixracını artırmaq istəyir:

“Bizi çoxsaylı layihələr birləşdirir. Bu, Batumi hava limanı, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləridir. İlin sonunda Bakı-Tbilis-Qars dəmir yolu da istismara veriləcək”.

Gürcüstanın strateji tərəfdaş olduğunu vurğulayan M.Çavuşoğlu NATO-nun iyulda Varşavada keçiriləcək sammitində Gürcüstana tam dəstək vəd edib. O, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini də bildirib.

Qeyd edək ki, fevralın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana yola düşəcək.