XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 10:56

İranda iki nəfər edam edilib- Korrupsiya və maliyyə fırıldağında ittihama görə

İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-ziynət taciri Vahid Məzlumin və həmkarı Məhəmməd İsmayıl Qasimi edam olunublar.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, İslam İnqilab Məhkəməsinin onlarla bağlı çıxardığı qərarı Ali Divan Məhkəməsi təsdiqləyib.

Edam hökmü noyabrın 14-də səhər tezdən icra edilib.

Vahid Məzlumin və Məhəmməd İsmayıl Qasimi Cinayət Məcəlləsinin İranın iqtisadi sistemini pozmaq maddəsi ilə ittiham olunublar.

Qeyd edək ki, İran Məhkəmə Sisteminn sözçüsü, ETTELAAT-ın keçmiş başçısı Qulamhüseyn Möhsün-Ejeyi yerli televiziyaya müsahibəsində “dünyada korrupsiya yaymaqda” şübhəli bilinən ölkənin 3 vətəndaşı barəsində edam hökmü çıxarıldığını bildirmişdi.