Yerevanda naməlum şəxslər Ermənistan Müdafiə Nazirliyinin polkovniki Karen Darbinyanın avtomobilinə atəş açıblar.
Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən məlumat verir.
Hadisədən sonra Ermənistan Müdafiə Nazirliyinin departamentlərindən birinin 53 yaşlı rəhbəri polisə zəng edərək olay barəsində xəbər verib.
K.Darbinyan bildirib ki, saat 03:10 radələrində naməlum şəxs və şəxslər evin həyətində onun “Nissan Pathfinder” avtomobili istiqamətində atəş açıblar, avtomobilə ziyan dəyib.
İstintaq baş verən hadisəni araşdırır.