XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 14:27

İtaliyada “online-mafiyaya” qarşı əməliyyat:68 nəfər saxlanılıb

İtaliyanın hüquq-mühafizə orqanları “Eurojust” agentliyi və Avropanın altı ölkəsinin istintaq orqanlarının dəstəyi ilə online-totalizatorları sahəsində mafiya fəaliyyətinə qarşı geniş miqyaslı əməliyyat keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İtaliyanın mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə üzrə Milli İdarəsi məlumat yayıb. Qurumun koordinasiyası ilə Bari, Reco-di-Kalabriya və Kataniya əyalətləri prokurorluqlarının paralel apardığı təhqiqatın gedişində Avropanın ümumi həcmi 4,5 milyard avroya çatan idman online-totalizatorları bazarının böyük hissəsinə nəzarət edən cinayətkar qruplaşmanın şaxələnmiş şəbəkəsi aşkarlanıb.

Polisin xüsusi təyinatlı dəstələri, maliyyə qvardiyasının əməkdaşları və karabinyerlər əməliyyatın gedişində qruplaşmanın 68 üzvünü saxlayıb, onların İtaliya ərazisində və xaricdə ümumi həcmi 1 milyard avroya çatan əmlakları müsadirə edilib.

Cinayətkarlar online-totalizatorlarda qanunsuz yolla əldə etdikləri gəlirləri daşınmaz əmlaka yatırıb və ya xarici banklara köçürüblər. Hazırda Avstriya, İsveçrə, Böyük Britaniya, Niderland, Serbiya, Albaniya, İspaniya və Maltada bu əmlakların müsadirəsinə başlanılıb. Hüquq mühafizə orqanları təxminən 80 şəhərdə axtarışlar aparırlar.

Təhqiqatın gedişində məlum olub ki, müasir mafiya qruplaşmalarının başçıları internet vasitəsi ilə cinayətkar kombinasiyaları həyata keçirmək üçün dünyanın ən yaxşı universitetlərdə təhsil alan gənc istedadlı tələbələri cəlb etməyə çalışıblar.