XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 18:48

Türk Hava Yolları ilə 64 milyondan çox sərnişin daşınıb- Bu il ərzində

“Türk Hava Yolları” aviaşirkəti bu ilin oktyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 83,4 faiz təşkil edib. Sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

Bu ilin oktyabr ayında sərnişin axınının artımı davam edib. Oktyabrda daşınan sərnişinlərin ümumi sayı 5 faiz artaraq 6,5 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4 faizə qalxıb.

2018-ci ilin oktyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 83,2 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 85,1 faizə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 7 faiz, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8 faiz artıb.

Oktyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 24 faiz artıb. Artım əsasən daxili reyslər (42 faiz), Afrika (35 faiz), Şimali Amerika (30 faiz) və Avropa ölkələri (24 faiz) hesabına baş verib. Oktyabr ayında Afrika, Şimali Amerika, Avropa və Uzaq Şərq ölkələri üzrə yüklənməsi səviyyəsi müvafiq olaraq 7 faiz bəndi, 4 faiz bəndi, 3 faiz bəndi və 3 faiz bəndi artıb.

Cari ilin yanvar-oktyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10 faiz və 11 faiz artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 64 milyondan çox sərnişin daşınıb.

Yanvar-oktyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82,2 faizə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82 faizə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 86 faizə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13 faiz artıb.

Cari ilin ilk 10 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25 faiz artaraq 1 milyon tondan çox olub.