XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 10:37

“Fransa ABŞ-ın vassalı deyil…” –Makron Trampa ismarıc göndərdi

“Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil”.

TASS xəbər verir ki, bunu  Fransa prezidenti Emmanüel Makron “Şarl de Qoll” aviadaşıyıcısının göyərtəsində TF1 telekanalına verdiyi müsahibə zamanı deyib.

“ABŞ bizim tarixi müttəfiqimizdir və müttəfiqimiz olaraq da qalır. Lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Biz onlardan asılı olmamalıyıq”, – deyə Makron Paris və Vaşinqton arasındakı münasibətlərin vəziyyətini şərh edərkən bildirib.

Makron ABŞ prezidenti Donald Trampın “Twitter”də onun ünvanına yazdığı tənqidlərə isə münasibət bildirmək istəməyib:

“Mən tvitlərə cavab vermək fikrində deyiləm və düşünmürəm ki, Fransa xalqı bunu məndən gözləyir”.

O qeyd edib ki, “müttəfiqlər bir-birlərinə hörmətlə yanaşmalıdırlar.

“Böyük anlarda biz müttəfiq olmuşuq. Biz hər gün Suriya, İraq və Afrikada terrorçuluğa qarşı mübarizə aparmaq barədə birlikdə öhdəlik götürmüşük. Bizim əsgərlərimiz hər gün birgə hərəkət edir”, – deyə o, bildirib/Report.