Fransa Prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozini ifadə verməyə çağırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prokurorluq Sarkozinin 2012-ci il prezident seçkilərində maliyyə saxtakarlığına yol verməsindən şübhələnir. Həmin seçkidə Sarkozi rəqibinə – hazırkı prezident Fransua Ollanda məğlub olmuşdu.
Fransa KİV-lərinin iddiasına görə, Sarkozi təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulan məbləğdən (22,5 milyon avro) artıq vəsait xərcləyib. Sarkozi özü isə bu ittihamları inkar edir.
Prokurorluğun araşdırması başa çatandan sonra keçmiş prezident barəsində cinayət işinin başlanib-başlanmayacağına qərar veriləcək.