XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

15 Noyabr 2018 - 21:09

Gürcüstanda prezident seçkilərinin ikinci turu… –Büdcədən 4 milyon dollara yaxın vəsait ayrılıb

Gürcüstanda Prezident seçkilərinin ikinci turunun keçirilməsinə dövlət büdcəsindən 10 583 022 lari (4 mln. dollara yaxın) ayrılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, vəsait seçkilərə hazırlıq, seçki subyektlərinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə xərclənəcək.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun keçirilməsinə 15,1 mln. dollardan çox vəsait xərclənib.

Xatırladaq ki, sSeçkilərin ikinci turu noyabrın 28-də keçiriləcək. İkinci turda mübarizə iki namizəd – Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.