Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr jurnalist Camal Xaşuqcinin qətlilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir “Xaşuqcinin öldürülməsinin böyük cinayət və xəta olduğunu qəbul edirik”, deyə bildirib.
Adil el-Cubeyr məsələnin artıq hüquqi xarakter daşıdığını və siyasiləşməsinin əleyhinə olduğunu bildirib.
Qeyd edək ki, tanınmış səudiyyəli jurnalist, “Washington Post”un əməkdaşı Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilib. Türkiyənin Baş Prokurorluğu istintaqın yekunlarına əsasən belə qənaətə gəlib ki, jurnalist planlaşdırılmış qətlin qurbanı olub
O, diplomatik missiyanın binasına girəndən dərhal sonra boğulub. Qatillər daha sonra jurnalistin cəsədini parçalayıblar.