XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 10:06

Beynəlxalq koalisiya Suriyanı bombalamağa başladı –Azı 17 nəfər həlak olub

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya növbəti hava zərbəsi endirib. Bu barədə SANA agentliyi xəbər verir.

Bildirilir ki, zərbə Deyr-ez-Zoir vilayətinin Bu-Badran yaşayış məntəqəsinə endirilib. Zərbə nəticəsində azı 17 nəfər həlak olub. Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri bir neçə gün əvvəl də Suriyaya hava zərbəsi endirib. Nəticədə 60-dan çox insan ölüb və yaralanıb.