XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 18:31

Tokio rəsmi Seula etirazını bildirib- Bu səbəbdən

Noyabrın 16-da Tokio Cənubi Koreyanın Yapon dənizindəki mübahisəli Takeşima adalarının yaxınlığındakı tədqiqat gəmisinə görə rəsmi Seula etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransı zamanı bildirib.

“Bizə məxsus olan ərazi sularında və ya bizim müstəsna iqtisadi zonamızda razılıq verilmədən tədqiqatların aparılmasını yolverilməz hesab edirik. Buna görə də öz qəti etirazımızı bildirmişik”, – deyə baş katib vurğulayıb. Onun sözlərinə görə, etiraz diplomatik kanallar, o cümlədən Yaponiyanın Seuldakı səfirliyi vasitəsilə Cənubi Koreya Xarici İşlər Nazirliyinə çatdırılıb.

Takeşima arxipelaqı koreyalıların Şərq dənizi adlandırdığı Yapon dənizinin qərbində yerləşən kiçik adalar qrupundan ibarətdir. Bu ərazi 1945-ci ildə, Koreya Yaponiyanın əsarətindən xilas edildikdən sonra beynəlxalq mübahisənin predmetinə çevrilib. Hazırda bu adalar Cənubi Koreya silahlı qüvvələrinin nəzarəti altındadır.

Tokio isə 1905-ci ildə Yaponiya imperiyasının tərkibinə daxil edilmiş bu adaları Cənubi Koreyanın qeyri-qanuni ilhaq etdiyini deyir. Cənubi Koreya hökuməti, həmçinin Şimali Koreyanın rəhbərliyi bu adalar qrupunun həmişə Koreya dövlətinə məxsus olduğunu bildirirlər.