XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2018 - 20:17

Tereza Meyə etimadsızlığa dair keçiriləcək səsvermənintarixi məlum olub

Böyük Britaniyanın Baş naziri Tereza Meyə etimadsızlıq məsələsinə dair səsvermə gələn həftə keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Daily Telegraph” mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, səsvermə, böyük ehtimalla, noyabrın 20-də baş tutacaq.

Hakim Mühafizəkarlar Partiyasının nizamnaməsinə uyğun olaraq, prosedur parlamentari-torilərin azı 15%-nin (48 nəfər) hökumət başçısına etibarını itirmələri barədə müraciət etməsi halında başladıla bilər.

Qeyd edək ki, daha əvvəl Britaniya Baş naziri Tereza Meyin partiyadaşlarının bu proseduru başlatmaq üçün kifayət qədər səs topladığı bildirilmişdi.