XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 20:45

İnsan Haqları üzrə Ali Komissiya yaradılıb- Misirdə

Misirin Baş naziri Mustafa Madbuli ölkənin xarici işlər nazirinin başçılığı ilə İnsan Haqları üzrə Ali Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, komissiyada Müdafiə, Sosial Həmrəylik, Ədliyyə, Parlament İşləri, Daxili İşlər nazirliklərinin, Baş Kəşfiyyat İdarəsinin, Qadınların İşləri üzrə Milli Şuranın, Ana və Uşaq Məsələləri Milli Şurasının, Əlillərin İşləri Milli Şurasının, Dövlət İnformasiya Xidmətinin və Baş Prokurorluğun nümayəndələri təmsil olunublar.

Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Nadir Saad bildirib ki, Ali Komissiya insan hüquqları üzrə məsələləri tənzimləyəcək və insan haqlarına riayət olunması ilə bağlı Misir əleyhinə irəli sürülən ittihamlara münasibət bildirəcək. O əlavə edib ki, Komissiya insan haqları üzrə milli strategiyanın, habelə onun müvafiq orqanlar tərəfindən həyata keçirilməsi üçün fəaliyyət planının işlənib hazırlanması ilə də məşğul olacaq. Komissiyanın səlahiyyət dairəsinə beynəlxalq və regional səviyyədə Misirin mövqeyini ifadə edəcək vahid yanaşmanı formalaşdırmaq, BMT-nin İnsan Haqları Şurası üçün müvafiq hesabatları hazırlamaq, habelə vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsi üzrə tam bir sıra funksiyalar daxildir.a