XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2018 - 22:12

Yaponiya və Avstraliya razılığa gəliblər- Hind-Sakit okeanı regionunda əməkdaşlığı genişləndirmək barədə

Yaponiyanın və Avstraliyanın Baş nazirləri Hind-Sakit okean regionunun açıq və azad olması üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Şinzo Abe və Skott Morrison noyabrın 16-da Avstraliyanın şimalında yerləşən Darvində ilk dəfə bir araya gəliblər.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında S.Morrison bəyan edib ki, Avstraliya azad və demokratik ticarəti dəstəkləyir və proteksionizmin əleyhinədir. O, əlavə edib ki, ticarətdə aşkarlıq və investisiyalar iki ölkə üçün həyati əhəmiyyətə malikdir və regionun çiçəklənməsinə xidmət edir.

Yaponiyanın Baş naziri isə öz növbəsində bəyan edib ki, o və həmkarı açıq və azad regionun formalaşması ilə əlaqədar üst-üstə düşən mövqelərini həyata keçirmək üçün ölkələri arasında strateji tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.