XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2018 - 23:17

KXDR və Koreya Respublikası arasında birbaşa aviasiya əlaqəsi yaradıla bilər- Danışıqlar başlayıb

KXDR və Koreya Respublikası noyabrın 16-da mülki aviasiya sahəsində əməkdaşlıq məsələləri barədə danışıqların ilk raundunu keçirir.AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatına əsasən, görüş yerli vaxtla saat 10:00-da Keson şəhərində yerləşən ikitərəfli əlaqə ofisində başlayıb.

Cənubi Koreyanın nümayəndə heyətinə nəqliyyat nazirinin müavini Son Mön Su, Şimali Koreya heyətinə isə Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Ri Yön Son başçılıq edir. Nazirliyin məlumatına əsasən, danışıqların gedişində “qarşılıqlı maraq doğuran məsələlər” müzakirə olunacaq.

Cənubi koreyalı ekspertlərin fikrincə, görüş zamanı iki ölkə arasında birbaşa aviasiya əlaqəsinin açılmasından söhbət gedə bilər, belə ki, belə qarşılıqlı fəaliyyət BMT-nin KXDR-ə tətbiq etdiyi sanksiyaları pozmayacaq.

Xatırladaq ki, 2018-ci ildə KXDR və Koreya Respublikası liderlərinin üç sammiti keçirilib. Onların nəticələrinə əsasən, tərəflər ikitərəfli əlaqələrin normallaşdırılması və hərbi gərginliyin azaldılması barədə razılıq əldə edib. Lakin nüvə-raket sınaqları səbəbindən Pxenyana tətbiq edilən beynəlxalq və birtərəfli sanksiyalar koreyalararası münasibətlərin normal inkişafına maneçilik törədir.