XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2018 - 11:17

Şimali Koreya ABŞ vətəndaşını deportasiya edib- Səbəb

Koreya Xalq Demokratik Respublikası (KXDR) ölkəyə qeyri-qanuni yolla daxil olmağa cəhd etmiş ABŞ vətəndaşı Brüs Bayron Lourensi deportasiya edib. O, təyyarə ilə ABŞ-a yola düşüb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ vətəndaşı ötən ay KXDR ərazisinə Çindən qanunsuz yolla daxil olmağa cəhd edərkən saxlanılmışdı. Şimali Koreya mətbuatı Brüs Bayron Lourensin ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu iddia edirdi.