XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2018 - 12:31

Britaniya hökumətində yeni təyinatlar olub- Nazirlərin istefasından sonra

Böyük Britaniyanın Baş naziri Tereza Meyin “Brexit” barədə təklif etdiyi saziş layihəsini dəstəkləməyən nazirlərin istefasından sonra hökumətə yeni təyinatlar olub.

AZƏRTAC xəbər verir ki, “Brexit” naziri Dominik Raabın yerinə Stefan Berkley, əmək və pensiya məsələləri üzrə nazir Ester Makveyin yerinə isə Amber Radd gətirilib.

Xatırladaq ki, Stefan Berkley “Barclays” bankının direktoru və 2017-2018-ci illərdə xəzinə və şəhər nazirinin iqtisadi katibi kimi vəzifələrdə çalışıb.

Amber Radd isə 2016-cı ildən 2018-ci ilin aprelinədək daxili işlər naziri olub.