XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 12:16

Çin Efiopiya iqtisadiyyatına sərmayə yatırıb- Dörd milyard dollardan çox

Çin 2017-2018-ci maliyyə ili ərzində Efiopiyanın iqtisadiyyatına dörd milyard dollardan artıq sərmayə yatırıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Efiopiya Çinin 400 şirkəti üçün əsas sərmayə istiqamətidir və hazırda bir sıra Çin şirkətləri öz maliyyə aktivlərini müxtəlif layihələrə yatırmaq niyyətində olduqlarını bəyan ediblər.

Qeyd etmək lazımdır ki, Efiopiya hökuməti bu ilin əvvəlindən dövlət müəssisələrinin tam və qismən özəlləşdirilməsi barədə qərar qəbul edib. Həmçinin xarici investisiyaların cəlb edilməsi üçün bir sıra addımlar atılıb.