XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2018 - 16:57

Belarus XİN:"Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir"

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına söylədiyi fikirlərə şərh verib.

Bu barədə “Report” Belarus KİV-inə istinadən xəbər verir.

“Görünür, o, özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir”, – XİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz deyib.

Belarus XİN-in mətbuat katibi qeyd edib ki, böyük siyasətdə diplomatik protokolun dəqiq normalarını əldə rəhbər tutmaq lazımdır.

“Yəqin, cənab Paşinyan hələ “küçə demokratiyası” qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Təəssüf edirik. Ümid edirik ki, zamanla bu, qaydaya düşəcək”, – A.Qlaz bildirib.

Qeyd edək ki, dünən jurnalistlər qarşısında çıxış edən N.Paşinyan A.Lukaşenkodan bağlı qapılar arxasında keçirilən KTMT iclasını Azərbaycanın bu ölkədəki səfiri ilə müzakirə etməsinə aydınlıq gətirməsini tələb edəcəyini söyləyib.