XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 17:48

İran XİN:"İnsan hüquqları məsələsi müstəqil dövlətlərin daxili işlərinə qarışmaq üçün bəhanədir"

Artıq bütün dünya ictimaiyyəti aydın şəkildə başa düşür ki, insan hüquqlarının qorunması adı altında müstəqil dövlətlərin daxili işlərinə qarışırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. İnsan hüquqlarının ən kobud şəkildə pozulduğu ölkələrin adı BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılmır və onlara qarşı kompaniya aparılmır. ABŞ insan hüquqlarının qorunmasını bəhanə edərək İranda sabitliyi pozmağa və bununla da ölkənin daxili işlərinə qarışmağa cəhd edir. İran həmişə insan hüquqlarına həssas yanaşıb və bu istiqamətdə mütərəqqi addımlar atıb.

Kanadanın təşəbbüsü ilə noyabrın 16-da BMT-nin Baş Assambleyasında İranda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirə aparılmasını B.Qasemi İrana qarşı təzyiq vasitəsi kimi dəyərləndirib. Müzakirədən əvvəl BMT-nin hazırladığı hesabat dinlənilib. Hesabat müəllifləri İranda qadın və uşaq hüquqlarının qorunmadığını vurğulayıblar.

Xatırladaq ki, müzakirələrdən sonra İrana qarşı qətnamə qəbul edilib. Ötən illərdən fərqli olaraq, bu dəfə qətnamə çox az səs çoxluğu ilə qəbul edilib. Bir ildə BMT-nin 4 dəfə İranda insan hüquqlarının pozulması məsələsini gündəliyə çıxarması rəsmi Tehrana qarşı ikili standartlarla yanaşmanın göstəricisidir.