XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2018 - 18:31

Avropa İttifaqı Bolqarıstana 293,4 milyon avro ayıracaq- Dəmir yollarının inkişafı üçün

Avropa İttifaqı Bolqarıstanın ən böyük şəhərlərindən biri olan Plovdivlə Qara dəniz sahilində yerləşən Burqası birləşdirən dəmir yolunun modernləşdirilməsi və təhlükəsizliyin artırılması üçün 293,4 milyon avro sərmayə yatıracaq.

AZƏRTAC xəbər verir ki, beləliklə, Mərkəzi Avropanı Cənub-Şərqi Avropa ilə birləşdirən dəmir yolları şəbəkəsi daha sürətli qatarlar üçün yararlı olacaq.

Yeni dəmir yolu sərnişin və yük qatarlarının mənzil başına çatma vaxtını 40 dəqiqə azaldacaq. Qatarlar 293 kilometr məsafəni saatda 160 kilometr sürətlə qət edəcək.