XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 20:30

Çeçenistanda naməlum qadın özünü partladıb

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda naməlum qadın özünü partladıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çeçenistan Respublikası daxili işlər nazirinin vəzifələrini yerinə yetirən general Apti Alaudinov jurnalistlərə bildirib.

Qeyd edib ki, naməlum qadın Qroznı şəhərinin Staropromıslovskaya rayonunda nəzarət-keçid məntəqəsi yaxınlığında özünü partladıb. Onun sözlərinə görə, məntəqədə keşik çəkən polis əməkdaşları qadının qəribə davranışından şübhələnib xəbərdarlıq atəşi açıblar.

Bundan sonra qadın üstündəki partlayıcı qurğunu işə salıb.

General əlavə edib ki, hadisə nəticəsində zərərçəkən yoxdur. Hazırda qadının şəxsiyyəti və əlbir olduğu cinayətkarların müəyyənləşdirilməsi istiqamətində iş aparılır.