XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2018 - 21:10

Milad bayramı günlərində Avropanın ən ucuz şəhəriRiqa olacaq

Tezliklə Avropa ölkələrində Milad yarmarkaları açılacaq və insanlar dünyanın hər yerindən bu yarmarkalara gələcəklər.

AZƏRTAC xəbər verir ki, 2018-ci ilin Milad bayramı günlərində Avropada ən çox baş çəkılməsi ehtimal edilən yarmarkaların reytinqi (“Christmas Markets Barometer”) tərtib edilib. Məlum olub ki, Milad günləri üçün ən münasib Avropa bazarlarının ilk onluğunda Riqa liderdir, yəni həmin günlərdə Avropada istirahət üçün ən ucuz şəhər Riqadır.

Noyabrın 30-dan yanvarın 6-dək Latviya paytaxtındakı Domskaya meydanında fəaliyyət göstərəcək yarmarkada xalq sənətkarlarının hazırladığı məmulatlar və ənənəvi kənd məhsulları təklif ediləcək. Bu, qiymət baxımından turistlər üçün ən cəlbedici bazardır. Belə ki, Milad bayramı dövründə iki nəfərin Latviya paytaxtında iki günlük istirahəti təqribən 561 avroya başa gələcək. Bu məbləğ, siyahıda ilk onluğu qapayan Kopenhagen şəhərində gözlənilən xərclərlə (949 avro) müqayisədə demək olar ki, iki dəfə aşağıdır.

Qeyd edək ki, Riqa həm də “Baltik Berlini” tituluna layiq görülüb. Bu, Latviya paytaxtında incəsənət və musiqi sahələrinin sürətlə inkişaf etməsi ilə bağlıdır.

2018-ci ildə ən münasib Milad yarmarkalarının ilk onluğunda ikinci yeri Praqa (665 avro), üçüncü yeri isə Tallinn (681 avro) tutur.