XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 21:56

Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Rusiyadan Ermənistan gedən 600-ə yaxın avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanla Rusiya arasında olan yeganə Stepandsminda–Lars magistralında güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən bütün növ avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu səbəbdən də Rusiyadan Ermənistana gedən 400-dən çox minik və 150-dən çox yük və yedəkli yük maşını sərhəddə qalıb.

Yolun nə zaman açılacağı isə hələlik məlum deyil.