XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2018 - 10:32

Sabiq kansler:“ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir”

Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.

“Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

“Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır”, – deyə o bildirib.

Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.
Bundan əvvəl Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.