XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2018 - 10:52

ABŞ jurnalistin qatilinin adını açıqlayacaq- Noyabrın 20-də

ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı “ətraflı hesabat” dərc edəcək.

Bu barədə Kaliforniya ştatında olan Amerika liderinin sözlərini “Associated Press” sitat gətirib.

Siyasətçi bildirib ki, hesabatda jurnalistin qətlini kimin törətdiyi öz əksini tapacaq.

Bundan əvvəl “Vaşinqton post” qəzeti Xaşuqcinin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazıb/Report.