XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2018 - 19:04

Fransada etiraz aksiyaları:400-dən çox insan xəsarət alıb

Fransada yanacağın qiymətinin artması ilə əlaqədar keçirilən etiraz aksiyalarında 400-dən çox insan xəsarət alıb.

Onlardan 14-nün vəziyyəti ağırdır. Nümayişlər zamanı, həmçinin polis əməkdaşlarından və yanğınsöndürənlərdən 28 nəfəri yaralanıb. İzer departamentində bir nəfər həlak olub.

Etiraz aksiyaları ölkənin iki mindən çox şəhər və qəsəbəsində keçirilib, 280-dən çox nümayişçi saxlanılıb.