XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2018 - 21:18

Hulusi Akar:"Xaşuqcinin cəsədi Türkiyədən çemodanla çıxarıla bilər"

“Səudiyyəli jurnalist Camal Xaşuqcinin hissələrə ayrılmış cəsədi Türkiyədən diplomatik toxunulmazlığı olan çemodanla çıxarıla bilər”.

“Report” “Yeni Şafak”a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

O, bildirib ki, bu mövzuda ehtimallarla danışmaq mümkündür. “Bu məsələdə imkanlar barədə danışmaq olar. Onlar (cinayəti törətməkdə şübhəli bilinən 15 səudiyyəli – red) Türkiyəni qətldən 3-4 saat sonra tərk ediblər. Ola bilər ki, onlar Xaşuqcinin doğranmış cəsədini Türkiyədən heç bir problem olmadan diplomatik toxunulmazlığı olan çemodan vasitəsilə çıxarıblar”, – deyə nazir Qalifaks şəhərində təhlükəsizliklə bağlı keçirilən beynəlxalq forumda bildirib.

2017-ci ildən ABŞ-da yaşayan “Washington Post”un əməkdaşı Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşüb. Səudiyyə Ərəbistanının rəsmi mətbu orqanı oktyabrın 20-də ölkənin Baş Prokurorluğuna istinadən Camal Xaşuqcinin diplomatik missiyanın əməkdaşı ilə dava zamanı öldürülməsi barədə məlumat yayıb. İstanbul Prokurorluğu isə Xaşuqcinin əvvəldən planlaşdırılmış şəkildə boğularaq qətlə yetirildiyini və cəsədinin hissələrə ayrıldığını bildirib.