XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

18 Noyabr 2018 - 22:23

Koreyada yanacağın qiyməti 7,9 faiz enib- Vergi islahatından sonra

Koreya Respublikasında dizel yanacağının pərakəndə satış qiyməti orta hesabla 7,9 faiz enib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər ki, buna səbəb hökumətinin sadə vətəndaşların və kiçik sahibkarların maddi vəziyyətinin yaxşılaşdırılması üçün yanacağa tətbiq edilən vergilərin müvəqqəti azaldılması ilə bağlı qərarı səbəb olub.

Hazırda yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litri 1556 vona (1,38 ABŞ dolları) satılır ki, bu da əvvəlki qiymətdən 7,9 faiz aşağıdır.

Qeyd edək ki, Koreya Respublikasının Ticarət, Sənaye və Enerji Nazirliyi ölkədə yanacağa tətbiq olunan verginin qarşıdakı 6 ay müddətinə 15 faiz azaldılması barədə qərar qəbul edib. Bu, ölkə büdcəsinə yanacağa görə vergi daxilolmalarının 1,78 milyard dollar azaldılması deməkdir. Koreya Respublikasında yanacağa görə illik vergi yığımı orta hesabla 23 milyard dollardır.