XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 12:20

Tramp peşman olub:“Gərək bunu edəydim”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə dörd illik prezidentlik müddətinin demək olar yarısının tamam olduğu zaman özünü Amerikanın ən yaxşı prezidentlərindən biri hesab etdiyini bildirir.

“Mən özümə 5 üstəgəl verərdim. Bundan da yuxarı verə bilərəm?”, deyə Tramp Fox tele-kanalına müsahibədə bildirib. Lakin ABŞ lideri Ağ Evdə cümə günü aparılmış və bazar günü yayımlanmış müsahibə zamanı çox nadir hallarda olduğu kimi, yanlış qərar verdiyini etiraf edərək deyib ki, onun keçən həftənin bazar ertəsi Veteranlar Günü ABŞ hərbi qüvvələrində xidmət etmiş və hazırda xidmət göstərən şəxslərə ehtiramını bildirmək üçün Arlinqtondakı Fəxri Xiyabana getməsi lazım idi.

“Geriyə baxanda, mən gərək bunu edəydim”, – Tramp müsahibəni aparan jurnalist Kris Vallasa deyib.

İndiyə qədər xarici ölkələrdə ABŞ hərbi qüvvələrini ziyarət etməyən Amerika lideri daha sonra bildirib: “Bəzi işlər planlaşdırılıb. Mən bunu edəcəm.” Lakin o, təhlükəsizlik səbəbi ilə belə bir səfərin nə zaman baş tuta biləcəyini deməkdən imtina edib.

Noyabrın 6-da Konqresə ara seşçkilərdə müxalif demokratlar son səkkiz ildə ilk dəfə olaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçirib. Demokratlar həmçinin Trampın 2016-cı ildə prezident seçilməsində mühüm rol oynamış sənaye ştatlarında qubernator seçkilərində də qələbələr qazanıb.

Ölkə üzrə keçirilmiş rəy sorğulrı amerikalıların 52.9 faizinin Ağ Evin fəaliyyətindən narazı qaldığını göstərir. Real Clear Politics sorğusunun nəticələrinə əsasən, amerikalıların yalnız 43.3 faizi Ağ Evin fəaliyyətindən razıdır. Konqres seçkilərində Trampın mənsub olduğu Respublikaçılar partiyası Senatda üstünlüyü gücləndirməyə nail ola bilib. Tramp respublikaçıların qələbəsini “tarixi” adlandırıb. O, respublikaçıların Corciya, Ohayo və Florida ştatlarında qubernator seçkilərində qələbəsinin “möhtəşəm” olduğunu deyib. Tramp yenidən prezident seçilmək üçün artıq 2020-ci il seçki kampaniyasını planlaşdırır. Demokratlar isə ona opponent olmaq üçün partiyadan kimin nominasiya alması məsələsini nəzərdən keçirir. (Amerikanın Səsi)